İspaniyalı qapıçı Serxio Riko karyerasını Qətərdə davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, qolkiper “Əl Qarafa” klubu ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 31 yaşlı qapıçı azad agent kimi kluba qoşulacaq.
Rikonun son ünvanı PSJ olub. O, ötən ilin mayında atdan yıxılıb və ciddi kəllə-beyin travması keçirib. Bir müddət süni komada qalan qapıçı bir neçə dəfə də əməliyyat edilib. Riko həmin vaxtdan oynamırdı.