Rodrinin son durumu – Qvardioladan açıqlama

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Rodrinin zədəsindən danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ispan futbolçunun durumun ağır olduğunu, buna baxmayaraq, gözləniləndən daha tez qayıda biləcəyini deyib:

“Rodri uzun müddət oynamayacaq. Ancaq belə fikirlər var ki, bərpası gözlədiyimizdən az vaxt aparsın. İndi gözləyirik, 24 saat ərzində hər şey dəqiqləşəcək. Onun hansı əməliyyata ehtiyacı olduğunu bilməliyik”.

Rodri Premyer Liqanın V turunun “Arsenal”la oyununda (2:2) zədə alıb.