Braziliyalı Avropa klublarının “radar”ında

“Nottingem Forest”in müdafiəçisi Murillo Avropanın nəhəng klublarının diqqətinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Barselona”, “Real” və “Bavariya” 22 yaşlı futbolçunu yaxından izləyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Adıçəkilən klublar oyunçunu yaxından izləyir və qışda onun üçün hərəkətə keçə bilərlər. “Transfermarkt”da dəyəri 35 milyon avro olan müdafiəçi ötən yaydan “Nottingem Forest”də çıxış edir. O, 41 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.