“Real”da yeni müqavilə

“Real” futbolçusu Ferlan Mendi ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb. Bu barədə komandanın baş məşqçis Karlo Ançelotti “Marca”ya açıqlamasında bildirib.

Mendi 2019-cu ildən “Real”ın formasını geyinir. Fransalı cinah müdafiəçisi bu mövsüm La Liqada 4 oyunda meydana çıxıb.