Sautqeyt Premyer Liqa klubuna rəhbərlik edə bilər

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt “Everton”a rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisinin çalışdırıcısı Şon Dayç komandaın uğursuz çıxışına görə istefaya göndərilə bilər və onun yerinə əsas namizəd Sautqeytdir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Sautqeyt daha əvvəl 2016-2024-cü illərdə İngiltərə yığmasını çalışdırıb.

“Everton” Premyer Liqada 5 turdan sonra 1 xalla 20 komanda arasında 19-cudur.