“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibi məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, “Real”ın cinah oyunçusu Vinisius Juniordur. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Xəbərdə Vinisiusun artıq bundan xəbərinin olduğu bildirilib.
Braziliyalı vinger ötən mövsüm La Liqanı, Çempionlar Liqasını və İspaniya Superkubokunu qazanıb.
“Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.