Azərbaycan yığması Qəbələdə “sülh”ə razılaşdı

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, milli “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.

Sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.