“Arsenal”ın keçmiş futbolçusu Yan Rayt “Mançester Siti”nin futbolçusu Erlinq Haalandı qorxaq adlandırıb.
Futbolpress.az xəbər verir ki, o, bununla bağlı İngiltərə mətbuatına açıqlama verib. Keçmiş oyunçu Premyer Liqada “Mançester Siti” – “Arsenal” oyununda ev sahiblərinin ikinci qolundan sonra Haalandın topu rəqib futbolçu Qabrielə arxadan vurmasını belə şərh edib:
“Bu hərəkətə çox qəzəbləndim. Qabrielin arxası Halanda olanda topla onu vurur. Həqiqətən, bu, qorxaqların işidir. Haalandın böyüdüyünü düşünmüşdüm”.