Keçmiş qapıçı “Barselona” üçün karyerasını bərpa edə bilər

Karyerasını bitirən qapıçı Klaudio Bravo yenidən yaşıl meydanlara qayıda bilər.

Futbolpress.az xəbər verir ki, çilili keçmiş qolkiper bu barədə özü açıqlama verib. O, yenidən “Barselona”da oynamağa hazır olduğunu bildirib:

“Barselona” istəsə, karyeramı bərpa edə bilərəm”.

Bravo bu yay karyerasını bitirdiyini açıqlayıb. O, daha əvvəl “Mançester Siti”, “Betis”, “Barselona” kimi komandalarda forma geyinib.

“Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegen dünən La Liqada “Vilyarreal”la matçda ağır zədə alıb və azı 7-8 ay oynamayacaq.