“Lamində gördüklərimiz onun potensialının kiçik hissəsidir”

“Barselona”nın futbolçusu Lamin Yamalın keçmiş məşqçisi Dani Xorkas oyunçu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 17 yaşlı vingerin potensialından söz açıb:

“Lamində gördüklərimiz onun potensialının kiçik hissəsidir. Bəzən o, itirməməli olduğu topu itirir, ancaq həqiqətən, qarşıda uzun yolu var və yavaş-yavaş təkmilləşəcək. Əminəm ki, Lamin daha irəli gedəcək”.

Yamal bu mövsüm La Liqada 6 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.