Haalanda qədər heç kim bunu bacarmamışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqanın V turunda “Arsenal”a qol vurub.

Futbolpress.az xəbər verir ki, norveçli forvard bu mövsüm qollarının sayını 10-a çatdırıb. Bu, çempionat tarixinin rekord göstəricisidir.

Daha əvvəl heç kim startdakı 5 turda 10 qol vura bilməyib.

“Mançester Siti” – “Arsenal” oyunu 2:2 hesabıyla bitib.