İnzaqi: “Milan” qələbəyə layiq idi”

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının V turunda “Milan”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəsssi 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Milan” çox yaxşı komandadır. Onlar bizdən yaxşı oynadı və layiqli qələbə qazandı. Matça düzgün yanaşa bilmədik. Bizim üçün nadir hallardan birini yaşadıq. Hər iki hissəyə pis başladıq, bəzi şeyləri dəyişməyə çalışsaq da, alınmadı.

Daha çox işləməliyik. Məşqçi kimi məsuliyyəti üzərimə götürürəm. Derbidir, ancaq son üç ildə derbilərdə demək olar, ən pis oyunumuzu oynadıq”.