Mourinyo: “Qalatasaray” bizdən yaxşı oynamadı”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Super Liqada “Qalatasaray”a məğlub olduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Axmaqca cavab kimi görünə bilər, amma onlar bizdən çox qol vurduğu üçün qələbə qazandı. Oyuna yaxşı başladıq, amma önəmi yoxdur. 1:3-dən sonra riskə getdik, faydası olmadı. Nə qədər qol fürsəti qaçırmağımızın əhəmiyyəti yoxdur. Çünki rəqib daha dəqiq oldu və qollar vurdu.

Ümumi götürəndə, “Qalatasaray” bizdən daha yaxşı oynamadı. Sadəcə əllərinə düşən fürsətləri qola çevirdilər”.