“Neftçi”də kapitanlığı alınan Emin Mahmudov instaqram hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi postunda bunları yazıb:
“Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində kapitan olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də. Amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya bacardığım qədər kömək etməyə çalışdım. Bəzən alınmadı, ancaq əlimdən gələni etdim. Sizdən hər zaman böyük dəstək gördüm. Buna görə hər birinizə təşəkkür edirəm”.
Kapitanlığı alınan Mahmudov Premyer Liqanın VII turunun “Qarabağ”la oyununda (0:4) iştirak etməyib.