“Kəpəz” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünə 7 məğlubiyyətlə başlayıb.
Futbolpress.az xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədir.
Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/05 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01 mövsümümdə belə uğursuzluq yaşayıb.
Qeyd edək ki, “Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb – 0:2.