“Çelsi”nin qış hədəfi – 60 milyon avro ödəməyə hazırdırlar

“Çelsi” “Barselona”nın futbolçusu Jul Kundeni transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Zadəganlar” qışda fransalı müdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır.

Kundenin “Barselona” ilə sözləşməsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 6 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.