“Real”ın futbolçusu Tibo Kurtua sıx qrafikdən şikayətlənib.
Futbolpress.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında bunları deyib:
“Oyun proqramı azalsa, gərək maaşlardan da kəsilmə etsinlər. Amma bu, düzgün deyil. Bu iki mövzunun bir-biri ilə əlaqəsi yoxdur. Mövsümdə həddindən artıq oyun oynanılır. Klublar onsuz da kifayət qədər pul qazanırlar. Qrafikdən əziyyət çəkən futbolçulardır”.