Ronaldo qol vurdu, “Əl Nəsr” qələbə qazandı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, komanda IV turda səfərdə “Əl İttifaq”la qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 3:0.

Ronaldo görüşün iştirakçısı olub. O, 33-cü dəqiqədə penaltidən hesabı açıb.

“Əl Nəsr” 4 turdan sonra 8 xalla 4-cü sıradadır.