“Qarabağ”a 0:4 uduzan an sonra “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk: “Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq. Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək”.
İndi 7 turdan sonra ” Neftçi”nin nəticələrinə baxaq:
Neftçi – Turan Tovuz 0:0
Səbail – Neftçi 1:1
Neftçi – Sabah 0:2
Araz-Naxçıvan – Neftçi 1:1
Şamaxı – Neftçi 0:0
Zirə – Neftçi 2:0
Qarabağ – Neftçi 4:0
Qriqorçuka ritorik sual: 7 tura bir qələbə qazana bilməyən komandanın gələcəkdə yaxşı futbol oynayacağına əminlik hardandır?
O əminlik arqumentlərlə açıqlansaydı, maariflənərdik.
“Ağ-qaralar”ın tarixində belə pis mövsüm başlanğıcı olmamışdı. Vəziyyəti təhlil edib, xilas yolu tapmaq isə Qriqorçukla bitməyəcək. Vəziyyət çox qarışıqdır. Onminlərlə məvacib alan Roman bəy və digərləri bilmirsə, orta aylıq əməkhaqqı həndəvərində qazanan biz hardan bilək?
Və ya niyə bilməliyik?!
Yaxud bilsək, bunu havayı niyə açıqlamalıyıq?!
Kamil Əhməd