Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Oyundan-oyuna tam adaptasiya ola bilmirik. Mən gələndən böyük ölçüdə bəzi şeyləri dəyişmək istəmişik. Amma bəzən alınır, bəzən alınmır. Müdafiədə çox kobud səhvlər buraxdıq. Belə qollar buraxanda komanda istər-istəməz təzyiqə düşür.
İkinci hissədə nə qədər cəhd elədik ki, bəzi şeyləri dəyişək lakin alınmadı. Hücumda və orta xəttə problemlərimiz var. Komanda qol vura bilmir. Yaxın vaxtda bunu aradan qaldırmalıyıq. Qalib gəlmək istəyiriksə, hücumda çox şeyi dəyişməliyik. Əlimizdə futbolçular var və ya yoxdu bu, başqa sualdı”.