Ronaldo “Real”ın futbolçusuna tərif yağdırdı

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo “Real”ın yarımmüdafiəçisi Cud Bellingem haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı hücumçu bu haqda yutub telekanalında danışıb:

“Cud inanılmaz potensiala malikdir. O, böyük istedaddır və əla mühiti olan komandaya gəlib. O, Kamavinqa, Rodriqo, Vinisius kimi oyunçularla böyüyəcək. “Real” ona top futbolçu olmağa kömək edəcək komandadır. İnanıram ki, Bellingem dövrünün ən yaxşılarından olacaq”.