Emin Mahmudov “Qarabağ”a qarşı oynaya bilməyəcək

Az əvvəl xəbər vermişdik ki, Roman Qriqorçuk Emin Mahmudovdan kapitanlıq sarğısını alıb, bu səlahiyyəti Ramil Şeydayevə həvalə edib.

Deyəsən, Eminin başı üzərini alan “qara buludlar” şiddətlənir. “FutbolPress“in əldə etdiyi yeni məlumata görə Mahmudov “Qarabağ”a qarşı oynamayacaq. Qriqorçuk ondan ciddi narazıdır, heyətdən kənarlaşdırıb.

Xatırladaq ki, “Qarabağ” – “Neftçi” oyunu bu gün 20:00-da başlayacaq.