Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra ən çox nə üçün darıxacağını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı futbolçu bununla bağlı yutub kanalında yayımladığı videoda deyib:
“Düşünürəm ki, ən çox qol vurduqdan sonra yaşadığım adrenalin üçün darıxacağam”.
Ronaldo hazırda “Əl Nəsr”də çıxış edir. O, bu mövsüm 5 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.