“Arsenal” Çempionlar Liqasının I turunda “Atalanta” ilə heç-heçə edib – 0:0.
Futbolpress.az xəbər verir ki, “topçular”ın bu yay “Çelsi”dən transfer etdiyi Rahim Sterlinq görüşün ikinci hissəsində meydana daxil olmaqla unikal göstəriciyə nail olub.
Belə ki, Rahim 4 fərqli İngiltərə klubu ilə Çempionlar Liqasında oynayan ilk futbolçudur. O, daha əvvəl “Liverpul”, “Mançester Siti” və “Çelsi” ilə turnirdə meydana çıxıb.