“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının I turunda “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qələbə qazana bilməyəndə bir xal almalısınız. Yaxşı başladıq, amma sonra nəzarəti itirdik və qeyri-stabil oynadıq. Açıq futbol gedirdi. Penalti epizodunda qapıçımız əla oynadı. O, həyatımda gördüyüm ən yaxşı seyvlərdən birini etdi”.