Rakitiç: “Futbolun gələcəyi ordadır”

“Əl Şabab”ın sabiq futbolçusu İvan Rakitiç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hazırda Xorvatiyada “Hayduk”da çıxış edən 36 yaşlı oyunçu Səudiyyə Ərəbistanı çempionatı haqda danışıb:

“Səudiyyə Ərəbistanında yaxşı idim, xoşbəxt olurdum. Futbolun gələcəyi ordadır. Yerli çempionatları Bundesliqa, La Liqa, Premyer Liqa səviyyəsində olmasa da, artıq ilk addımlar atılıb”.

Rakitiç karyerası ərzində “Sevilya”, “Barselona”, “Əl Şabab” kimi klublarda forma geyinib. O, bu yay “Hayduk”a keçib.