Virts: “Çempionlar Liqasında oynamaq xüsusidir”

“Bayer” Çempionlar Liqasının I turunda “Feyenoord”u məğlub edib.

Futbolpress.az xəbər verir ki, 4:0 hesabıyla bitən matçda iki qol vuran Florian Virts görüşlə bağlı fikirlərini bölüşüb:

“İki qol vurduğum üçün şadam. Ancaq mənimçün vacib olan komandamın qələbə qazanmasıdır. Çətin yolda üzərimizə məsuliyyət götürdük və işə başladıq. Çempionlar Liqasında oynamaq xüsusidir. Bu mövsüm daha yaxşı nəticələr ümid edirəm”.