Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.
Futbolpress.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu Serbiyada “Srvena Zvezda”nı, son Almaniya çempionu “Bayer” isə Niderlandda “Feyenoord”u məğlub edib.
İngiltərə “Arsenal”ı “Atalanta” ilə heç-heçəyə razılaşıb. “Barselona” Fransada “Monako”ya uduzub, “Atletiko” isə “Leypsiq”i məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
19 sentyabr
Srvena Zvezda (Serbiya) – Benfika (Portuqaliya) 1:2
Qollar: Milson, 86 – K.Aktürkoğlu, 9, O.Kökçü, 29
Feyenoord (Niderland) – Bayer (Almaniya) 0:4
Qollar: F.Virts, 5, 36, A.Qrimaldo, 30, T.Vellenruter, 45 (avtoqol)
Atalanta (İtaliya) – Arsenal (İngiltərə) 0:0
Atletiko (İspaniya) – Leypsiq (Almaniya) 2:1
Qollar: A.Qrizmann, 28, Ximenes, 90 – B.Sesko, 4
Brest (Fransa) – Şturm (Avstriya) 2:1
Qollar: H.Maqnetti, 23, A.Sima, 56 – E.Fernandes, 45+1 (avtoqol)
Monako (Fransa) – Barselona (İspaniya) 2:1
Qollar: M.Akluçe, 16, Q.İleniken, 71 – L.Yamal, 28