Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”də debüt edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Miroslav Kloze yerli mətbuata açıqlamasında deyib. O, Emrelinin “Herta” ilə matçda iştirak etmək ehtimalının oldğunu vurğulayıb:
“Mahirin əvvəldən oynayıb-oynamayacağını bilmirəm. Bu, onun üçün tez ola bilər. Amma əminəm ki, yarımsaat oynaya biləcək”.
“Nürnberq” – “Herta” oyunu sentyabrın 21-də keçiriləcək.