ÇL tarixinə düşən ikinci isveçli

“Sportinq” UEFA Çempionlar Liqasının I turunda “Lill”i məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisinin birinci qolunu Viktor Qyökereş vurub. O, Çempionlar Liqasında debüt oyununda qol vuran ikinci futbolçu olub.

Bu rekord Qyökereşdən əvvəl həmyerlisi Zlatan İbrahimoviçə məxsus idi. İsveçli keçmiş futbolçu 2002-ci ildə ÇL-də debüt oyununda qol vurmuşdu.