Fonseka: “Belə oyunlarda səhv etmək olmaz”

“Milan”ın baş məşqçisi Paulo Fonseka UEFA Çempionlar Liqasında “Liverpul”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı başladıq, lakin sonra eniş oldu və iki qol buraxdıq. Belə oyunlarda səhv etmək olmaz. Düşünürəm ki, oyuna düzgün yanaşa bilmədik və qoldan sonra diqqətimizi itirdik. “Liverpul” kimi komandalar səhvləri bağışlamır. Onlar bizdən daha yaxşı oynadı”.