“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Liqa mərhələsinin I turunda “Ştutqart”la oyunda (3:1) sonradan meydana daxil olub, qol ötürməsi edib.
Modriç turnirdə assist edən ən yaşlı üçüncü futbolçu olub. O, buna 39 yaş 8 günlüyündə nail olub.
Modriçdən əvvəl Amedeo Karboni (39 yaş, 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) ÇL-də məhsuldar ötürmə edib.