“Qalatasaray”ın futbolçusu Mauro İkardi Türkiyə Super Liqasının VI turunda “Fənərbağça”ya qarşı keçirəcəkləri oyunu buraxacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Okan Buruk açıqlama verib. O, argentinalı hücumçunun derbidə oynamayacağını deyib.
Daha əvvəl Türkiyə mətbuatı İkardinin “Fənərbağça” matçına qədər hazır olacağını bildirib.
Forvard bir müddətdir zədəlidir.
“Fənərbağça” – “Qalatasaray” oyunu sentyabrın 21-də keçiriləcək.