“Sabah” İsveç klubuna uduzdu

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.

“Sabah” mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək.