Ronaldonun komandasında baş məşqçi ayrılığı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr”də baş məşqçi Luiş Kaştro ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kaştro 2023-cü ilin iyulunda komandaya baş məşqçi təyin edilmişdi. Komanda onun rəhbərliyi altında 54 oyunda 36 qələbə qazanıb, 9 heç-heçə edib.

“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 3 turdan sonra 5 xalla 7-ci sıradadır.