“Ayaks”ın futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayaks” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisinin vingeri Stiven Berquis zədələnib. Bu barədə komandanın baş məşqçisi Françesko Farioli məlumat yayıb.

Berquis azı 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun oktyabrda “Qarabağ”a qarşı keçiriləəck Avropa Liqası matçını buraxmaq ehtimalı var.

“Qarabağ” – “Ayaks” oyunu oktyabrın 24-də baş tutacaq.