“Zirə”yə futbolçusunun atasına görə xəbərdarlıq edildi

Bu gün AFFA İntizam Komitəsini iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda “Zirə”yə xəbərdarlıq edilib.

Belə ki, “qartallar”ın U-16 komandasının futbolçusu Heydərəli Cavadlının atası qarşılaşma bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir edib. Buna səbəb futbolçunun 88-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulması olub.

AFFA futbolçunun atasının davranışına görə “Zirə”yə xəbərdarlıq edib.