Premyer Liqa klubu “Qəbələ”nin futbolçusu ilə gücləndi

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, “Qəbələ”nin yetirməsi olan Sənan Ağalarov mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu komandada icarə əsasında çıxış edəcək.