“Bavariya”nın idman direktoru Maks Eberl açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, baş məşqçi Vensan Kompaninin komandadakı işi ilə bağlı fikirlərini bölüşüb:
“Kompani “Bavariya” üçün faydalı məşqçidir. Nə istədiyini bilir və kənarda baş verənlər ona təsir etmir. O, bu aktivlik, enerji ilə daha da irəli gedəcək. Kompani bu performansını qarşıdakı aylarda da göstərməlidir”.
“Bavariya” Bundesliqada 3 turdan sonra 9 xalla liderdir.