“Yuventus” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda PSV-ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, görüşdən öncə “qoca sinyora”nın baş məşqçisi Tyaqo Motta fikirlərini bölüşüb:
“Bu turnirdə olmaqdan qürur duyuruq və xoşbəxtik. Oyunu səbirsizliklə gözləyirəm. Özümüz və azarkeşlərimiz üçün yaxşı futbol sərgiləməliyik.
Çempionlar Liqasının yeni formatını bəyənirəm. Fərqli komandalarla oynayacağıq və yeni nələrsə qazanmaq imkanımız olacaq”.
“Yuventus” – PSV oyunu saat 20:45-də başlayacaq.