Millinin Çexiya ilə oyunlar üçün heyəti bilindi

Sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Vitali Boriov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.

Komanda sabah səhər saatlarında Bakı-Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə yollanacaq.

N Ad, soyad Klub
1 Emin Kürdov (q) Araz-Naxçıvan
2 Vladislav Reznov (q) Araz-Naxçıvan
3 Kamran Hacıyev (q) Baku Fire
4 Emil Həsənzadə Araz-Naxçıvan
5 Xəzər Ağalızadə Araz-Naxçıvan
6 İlham Alıyev Araz-Naxçıvan
7 Tofiq Mikayılov Baku Fire
8 Murad Quluzadə Baku Fire
9 Oktay Rüstəmli Baku Fire
10 Fərid Abbasov Baku Fire
11 Eldar Zeynalov Neftçi İK
12 Ülvi Əliyev Araz-Naxçıvan
13 Mirzə Əmirov Neftçi İK