“Barselona”da şok zədə

“Barselona” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Dani Olmo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Jirona” ilə oyunda (4:1) xəsarət alan Olmo 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.

İspan futbolçu bu yay “Leypsiq”dən “Barselona”ya keçib. O, La Liqada 3 oyunda 3 qol vurub.