Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turunun “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” qarşılaşmalarından öncə futbolçular meydançaya bu il ilk dəfə məktəbə gedəcək uşaqlarla çıxıblar.
Əyinlərində məktəbli forması, çantası, əllərində Azərbaycan bayraqları olan gələcək məktəblilər xoş görüntü yaradıb, uzun illər unutmayacaqları anlar yaşayıblar. Daha sonra Azərbaycan himni səsləndirilib.
Ardınca uşaqlar tribunaya qalxaraq valideynləri ilə birgə matçı izləyiblər.