“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə işləyə bilər.
Futbolpress.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Ankaragücü”ndə baş məşqçi postuna namizədlər arasındadır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mutunun son ünvanı Rumıniyada ÇFR olub. O, 2023-cü ilin yayından dekabrına kimi “Neftçi”yə rəhbərlik edib.
“Ankaragücü”ndə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov forma geyinir. Komanda I Liqada 6 xalla 13-cü sıradadır.