“İnter Mayami”nin hücumçusu Lionel Messi sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, iki ay sonra yaşıl meydanlara qayıdan və “Filadelfiya” ilə matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edən 37 yaşlı futbolçu bunları yazıb:
“Belə axşamlar üçün darıxmışdım. Hədəfimizə çatmaq üçün irəliləyirik”.
“İnter Mayami” 28 turdan sonra 62 xalla birinci sıradadır.