Mərdəkanda 100, Masazırda…

Azərbaycan Premyer Liqasında VI turun oyunlarını stadionlardan izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək nəticə Masazırda qeydə alınıb. “Bank Respublika Arena”da “Sabah” ilə “Turan Tovuz” arasında baş tutan görüşü 2420 nəfər tribunadan izləyib.

Ən aşağı göstərici isə Mərdəkanda olub. “Araz-Naxçıvan”ın “Kəpəz”i məğlub etdiyi matçı tribunadan 100 tamaşçı izləyib.

Araz-Naxçıvan – Kəpəz 1:0 (100 tamaşaçı)
Şamaxı – Sumqayıt 1:0 (1400)
Qarabağ – Səbail 2:1 (1600)
Zirə – Neftçi 2:0 (800 tamaşaçı)
Sabah – Turan Tovuz (2420 tamaşaçı)