Rabiot özünə klub tapdı – rəsmi

“Yuventus”dan ayrılan Adrien Rabiotun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Marsel”ə keçib. Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Rabiot daha əvvəl Fransada PSJ-də çıxış edib.