Cəlallı “Arda”dan növbəti xal itkisi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Kırcalı təmsilçisi səfərdə “Çerno More” ilə qarşılaşıb. Oyun bərabərliklə başa çatıb – 1:1.

Cəlal bu görüşdə ikinci hissədə – 69-cu dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

“Arda” 8 oyundan sonra 11 xalla 7-ci sıradadır. “Çerno More” isə 15 xalla 4-cü pillədə yer alıb.