“Səviyyəmizdən aşağı çıxış etdik”

Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Turan Tovuz” həqiqətən, çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə ikinci toplarla problemimiz var idi, daha səbirli və aqressiv olmalıydıq. Azarkeşlər bu gün çox yaxşı oyuna baxdı. İki komanda da qələbə qazanmaq istəyirdi. Üç xal qazanmaq istəyirdik, amma matçdan sonra bir xala da razı olmalıyıq. Təəssüf ki, qələbə qazana bilmədik.

– İkinci qoldan sonra sanki müdafiəyə çəkildiniz. Bu, sizin tapşırığınız idi?

– Düzdür, vurduğumuz qoldan sonra geri çəkildik. Belə tapşırıq verməmişdim. Uşaqların belə oynamasını istəmirəm. Bəzi situasiyalarda daha yaxşı oynamalı idik.

– Müdafiədə problemlər olduğunu qəbul edirsiniz?

– Haqlısınız, sadəcə qola qədər ardıcıl 5 səhvimiz var idi. Tək günah müdafiəçidə deyildi.

Şahin Cəfərov