“Mançester Siti” Premyer Liqadan kənarlaşdırıla bilər

“Mançester Siti” Premyer Liqadan kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb “şəhərlilər”in feyr-pley qaydalarını pozmasıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Siti” 2009-cu ildən bu yana 115 dəfə maliyyə qaydalarını pozub. Klubun işinə sabah baxılacaq.

“Mançester Siti” Premyer Liqada 4 turdan sonra 12 xalla birinci sıradadır.